Latviya ilə ticarət dövriyyəsi 2 dəfədən çox artıb

2023.03.06 13:37 (UTC+04:00)

Bu ilin yanvar ayında Azərbaycanın Latviya ilə ticarət dövriyyəsinin ümumi həcmi ötən ilin eyni ayına nisbətdə 1 295,12 min ABŞ dolları və ya 2,2 dəfədən çox artaraq 2 343,12 min dollar təşkil edib.

"vergiler.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk ayında Latviyadan Azərbaycana 1 541,91 min dollar dəyərində məhsul idxal edilib ki, bu da 2022-ci ilin eyni göstəricisini 760,83 min dollar və ya 97,4 faiz üstələyir.

Hesabat dövründə Azərbaycandan Latviyaya ixrac edilən məhsulların dəyəri isə 3 dəfə və ya 534,29 min dollar artaraq 801,21 min dollar təşkil edib.