2022-ci ildə ölkə xaricində baş vermiş 291 yol-nəqliyyat hadisəsinə görə 910 min 421 manat sığorta ödənişi həyata keçirilib. “vergiler.az” xəbər verir ki, bu barədə İcbari Sığorta Bürosu açıqlama verib. Bildirilib ki, 2021-ci il ərzində ölkə xaricində baş vermiş 233 yol-nəqliyyat hadisəsinə görə sığorta ödənişi 712 min 397 manat təşkil edib.
2022-ci ildə sığorta ödənişlərinin həcmində 28%, sayında isə 25% artım müşahidə edilib. 2021-ci il ərzində bir hadisə üzrə orta sığorta ödənişi 3.057 manat, 2022-ci il ərzində isə 3.128 manat təşkil edib.
2021 və 2022-ci illər ərzində hadisələrin baş verdiyi ölkələr əsasən Rusiya və Türkiyə olub. Ötən il Rusiyada baş verən hadisələr üzrə verilən orta sığorta ödənişləri 22% artaraq 3.509 manat təşkil edib.
2021-2022-ci illər ərzində ölkələr üzrə hadisələrin sayı və sığorta ödənişləri ilə aşağıdakı cədvəldə tanış ola bilərsiniz: