Ötən il sığorta haqlarının yığımında 24,5 faiz artım qeydə alınıb

2023.03.06 12:16 (UTC+04:00)

2022-ci il ərzində 22 187 sığorta müqaviləsi rəsmiləşdirilərək 3 018 594 manat sığorta haqqı toplanılıb. İcbari Sığorta Bürosundan “vergiler.az”a verilən məlumata görə, bu, 2021-ci ilin göstəricisi ilə müqayisədə müqavilələrin sayında 37,1 faiz, toplanılan sığorta haqqı üzrə 24,5 faiz artım deməkdir.

Ötən il Yaşıl Kart sığorta müqavilələri üzrə ortalama sığorta haqqı bir il öncəkinə nisbətdə 14 manat azalaraq 136 manat təşkil edib.