Sahibkarlığın İnkişafı Fondu tərəfindən Quba rayonunda turizmin inkişafı layihəsi üzrə 200 min manat güzəştli kredit ayrılıb.
Fonddan “vergiler.az”a verilən məlumata görə, güzəştli kredit sahibkar İlham Məmmədova verilib. Layihənin icrası nəticəsində 6 yeni iş yerinin yaradılması nəzərdə tutulub.
Layihənin maliyyələşdirilməsi “Azərbaycan Beynəlxalq Bankı” ASC vasitəsilə həyata keçirilib.