Bu ilin yanvar-fevral aylarında Azərbaycanın qeyri-neft ixracının dəyəri 651,42 milyon ABŞ dolları təşkil edib.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) “vergiler.az”a verilən məlumata görə, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 36,6 faiz çoxdur.
Təkcə fevral ayında Azərbaycandan 366,92 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac olunub ki, bu da ötən ilin analoji ayı ilə müqayisədə 50 faiz çoxdur.
Xatırladaq ki, 2022-ci ildə Azərbaycanın qeyri-neft ixracı illik müqayisədə 12,3 faiz artaraq 3 047,67 milyon dollara bərabər olub.