Dağıstan Azərbaycanın bağçılıq, tərəvəzçiliyin inkişafı, eləcə də logistika kompleksləri və emal müəssisələrinin tikintisi sahəsində təcrübəsində maraqlıdır.
“vergiler.az” Dağıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə Dağıstanın kənd təsərrüfatı və ərzaq naziri Muxtarbiy Adjekov məlumat verib.
Onun sözlərinə görə, Dağıstan Azərbaycanla heyvandarlığın inkişafı, eləcə də süd məhsulları istehsalı və çəltik becərilməsi sahəsində əməkdaşlıqda maraqlıdır.
Məlumatda qeyd olunur ki, 2022-ci ildə Dağıstanla Azərbaycan arasında ticarət dövriyyəsi təxminən 13 milyon ABŞ dolları təşkil edib. Dağıstan Azərbaycana geniş çeşiddə mal və ərzaq məhsulları (balıq, düyü, müxtəlif ət məhsulları, şirələr və mineral sular, qənnadı məmulatlar) tədarük edir. Azərbaycandan isə kənd təsərrüfatı məhsulları və meyvə-tərəvəz idxal olunur.