Naxçıvan MR-də qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 2,3 dəfə artıb

2023.03.03 16:35 (UTC+04:00)

Bu ilin yanvar-fevral aylarında Naxçıvan Muxtar Respublikasında 980 yeni vergi ödəyicisi qeydiyyata alınıb.

vergiler.az” Naxçıvan MR Dövlət Vergi Xidmətinin məlumatına istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə qeydiyyata alınan vergi ödəyicilərinin sayı 2,3 dəfə artıb.

Fevral ayında kommersiya qurumlarının 61 faizi elektron qaydada, 39 faizi isə kağız daşıyıcılarda edilən müraciətlər əsasında uçota alınıb.