Azərbaycanın sürtkü yağlarının daha bir neçə ölkəyə ixracına başlanılıb

2023.03.03 16:05 (UTC+04:00)

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Alco” MMC tərəfindən bir sıra ölkələrə sürtkü yağlarının ixracına başlanılıb.

İZİA-dan “vergiler.az”a verilən məlumata görə, şirkət tərəfindən ilk dəfə olaraq Rumıniya, Çexiya, Latviya, Litva və İordaniyaya sütkü yağları ixrac edilib. Bu ölkələrə il ərzində 10 min tondan çox məhsulun göndərilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Alco” MMC 150 növdən çox sürtkü yağının istehsalını həyata keçirir. İstehsal olunan məhsullar daxili bazara satılmaqla yanaşı, dünyanın 30-dan çox ölkəsinə “Made in Azerbaijan” brendi adı ilə ixrac edilir.