Vyanada Azərbaycan xalçalarının sərgisi keçirilir

2023.03.03 15:38 (UTC+04:00)

Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində “Azərxalça” ASC tərəfindən xalçaların sərgisi təşkil edilib.

ASC-dən “vergiler.az”a verilən məlumata görə, sərgidə Azərbaycanın müxtəlif xalçaçılıq məktəblərinə aid klassik və müasir dizaynda çoxsaylı xalça nümunələri sərgilənir.

Xalça sərgisinin əsas hədəfi nümayiş etdirilən xalçaların bənzərsiz və canlı xüsusiyyətlərə məxsus olduğunu, ənənələrə əsaslanan bu sənətin yüksək qiymətləndirildiyini və onun qorunmalı olduğunu, Azərbaycan xalqının öz milli dəyərlərinə necə qiymət verdiyini bildirməkdən ibarətdir.

Sərginin qapıları aprel ayının sonunadək avropalı xalçasevərlər üçün açıq olacaq. Burada maraqlananlara həmçinin Azərbaycan xalçaçılıq sənəti və məktəbləri barədə məlumat veriləcək.