Çexiya Azərbaycanın xarici ticarət dövriyyəsində əsas ölkələrdəndir

2023.03.03 14:21 (UTC+04:00)

1995-2022-ci illər ərzində Çexiyadan Azərbaycana yatırılan investisiyaların həcmi 50 milyon ABŞ dolları ötüb.

vergiler.az” xəbər verir ki, hesabat dövründə sərmayələrin 40 min ABŞ dollarına yaxın vəsait neft-qaz, 50 milyon ABŞ dollardan artıq vəsait isə qeyri-neft qaz sektorunun payına düşüb.

Xatırladaq ki, sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında saziş 17 may 2011-ci ildə imzalanıb. Cari ilin 1 fevral tarixinə Azərbaycanın sənaye, ticarət, tikinti, nəqliyyat və xidmət sektorlarında 25 Çexiya investisiyalı kommersiya qurumu qeydiyyatda olub.

Qeyd edək ki, 2022-ci ilin yekunlarına görə, Çexiya Azərbaycanın xarici ticarət dövriyyəsində əsas ölkələr sırasında yer alıb. Belə ki, ötən il bu dövlətlə ticarət dövriyyəsinin həcmi 2021-ci illə müqayisədə 3,2 dəfədən çox artaraq 989 582,63 min ABŞ dolları təşkil edib.

2022-ci ildə Azərbaycandan Çexiyaya 922 190,64 min dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2021-ci ilin göstəricisini 3,5 dəfə üstələyir.