Rusiya Federasiyası Lipetsk vilayətinin sahibkarları üçün Azərbaycana işgüzar səfər təşkil edilib.
“vergiler.az” Lipetskin Ticarət və Sənaye Palatasına istinadən xəbər verir ki, biznes missiyaya metal konstruksiyaların, enerjiyə qənaət edən sənaye istilik sistemlərinin, açıq havada quraşdırıla biləcək saatların və öz-özünə yapışan materialların istehsalçıları daxil idi.
İşgüzar səfər çərçivəsində sahibkarlar Azərbaycanın ixtisaslaşmış şirkətləri ilə bir sıra işgüzar görüşlər keçirib, burada öz layihələrini potensial tərəfdaşlara təqdim edib, yerli müəssisələrə baş çəkib, infrastruktur layihələrinin icrası ilə tanış olublar.
Lipetsk vilayətindən olan nümayəndə heyətinin Bakıya səfəri 2017-ci ildən bəri ardıcıl olaraq sayca yeddincidir. Bununla yanaşı, cari ilin 19-21 oktyabr tarixlərində keçiriləcək “Baku Build” tikinti sərgisində kollektiv stendlə iştirak planlaşdırılır.