Dəvəçiliyin inkişafı layihəsinə 500 min manat güzəştli kredit verilib

2023.03.03 11:36 (UTC+04:00)

Sahibkarlığın İnkişafı Fondu tərəfindən Hacıqabulda fəaliyyət göstərən "Fədək-Azərbaycan" MMC-yə dəvəçiliyin inkişafı layihəsi üzrə 500 min manat güzəştli kredit verilib.

Fonddan “vergiler.az”a verilən məlumata görə, layihənin icrası nəticəsində 21 yeni iş yerinin yaradılması nəzərdə tutulur.