Kommersiya qurumlarının dövlət qeydiyyatının ləğv edilməsi qaydaları təsdiq olunub

2023.03.03 10:16 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) əmri ilə “Dövlət vergi orqanlarında kommersiya qurumlarının, publik hüquqi şəxslərin dövlət qeydiyyatının və vergi ödəyicilərinin uçotunun ləğv edilməsi Qaydaları” yeni redaksiyada təsdiq olunub.

DVX-dən "vergiler.az"a verilən məlumata görə, sənəd büdcə-vergi siyasəti çərçivəsində hazırlanmış “Azərbaycan Respublikasının Vergi Məcəlləsində və digər aidiyyəti normativ hüquqi aktlarda ediləcək dəyişikliklərlə əlaqədar Dövlət Vergi Xidmətinin qarşısında duran vəzifələr haqqında” Tədbirlər Planının icrası ilə əlaqədar qəbul edilib.

İstifadəçilər “Dövlət vergi orqanlarında kommersiya qurumlarının, publik hüquqi şəxslərin dövlət qeydiyyatının və vergi ödəyicilərinin uçotunun ləğv edilməsi Qaydaları”nın, həmçinin onun Əlavələrinin yeni redaksiyası ilə aşağıdakı link vasitəsilə tanış ola bilərlər:

https://www.taxes.gov.az/az/page/dovlet-vergi-xidmetinin-normativ-senedleri