Sahibkarlar Qırğızıstanla əməkdaşlığı genişləndirməyə hazırdırlar

2023.03.03 09:50 (UTC+04:00)

Azərbaycan sahibkarları Qırğızıstanla ticarət və investisiya əməkdaşlığının genişləndirilməsində maraqlıdırlar.

vergiler.az” Qırğızıstan Nazirlər Kabinetinə istinadən xəbər verir ki, hökumətin sədr müavini Bakıt Torobayevin Azərbaycana işgüzar səfəri çərçivəsində azərbaycanlı sahibkarlarla görüşü zamanı bərpa olunan mənbələrdən (günəş və külək) elektrik enerjisinin istehsalı, mebel istehsalının lokallaşdırılması, istixanaların tikintisi və s. sahələrdə əməkdaşlıq imkanlarına toxunulub.

Görüşdə B.Torobayev xarici investorlar üçün perspektivli istiqamətlər, biznesin inkişafı üçün əlverişli mühitin yaradılması istiqamətində Nazirlər Kabineti tərəfindən həyata keçirilən tədbirlər və mövcud vergi güzəştləri barədə danışıb. Görüşdən sonra sədr müavini Azərbaycan şirkətlərini investisiya potensialı ilə daha ətraflı tanış olmaq üçün Qırğızıstana səfərə dəvət edib.