Bu ilin fevral ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 356,6 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
“vergiler.az”ın Fondun yaydığı məlumatlara əsasən apardığı hesablamalara görə, ötən ilin eyni ayının göstəricisi ilə müqayisədə valyuta satışının həcmi 14,6 milyon dollar və ya 3,9 faiz azalıb.
Cari ilin yanvar ayı ilə müqayisədə isə fevralda satışların həcmində 168,1 milyon dollar və ya 89,2 faiz artım qeydə alınıb.