Rostovdan 5 tondan çox quş əti idxal edilib

2023.03.02 14:43 (UTC+04:00)

Bu ilin 25-28 fevral tarixlərində Rusiya Federasiyasının Rostov vilayətindən Azərbaycana ixrac üçün nəzərdə tutulan 5 ton quş əti partiyasına nəzarət tədbirləri keçirilib.

"vergiler.az" Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") istinadən xəbər verir ki, məhsul baytarlıq və sanitariya baxımından təhlükəsiz sayılıb və idxal edən ölkənin tələblərinə tam cavab verir. Onun keyfiyyəti və təhlükəsizliyi laboratoriya sınaqlarının nəticələri ilə təsdiqlənib.