Daha bir vençur fondunun yaradılması nəzərdə tutulur

2023.03.02 11:24 (UTC+04:00)

"vergiler.az" xəbər verir ki, bunu “Alternativ maliyyə bazarlarının Azərbaycanda inkişaf perspektivləri” mövzusunda keçirilən konfransda çıxış edərkən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyin idarə heyətinin sədri İnarə Vəliyeva deyib.

Onun sözlərinə görə, ötən il ilk belə Fondun yaradılmasına Agentlik və "Paşa Holdinq" tərəfindən hər biri 5 milyon manat, ayrı-ayrı kiçik sahibkarlar tərəfindən isə 1,3 milyon manat vəsait yatırılıb.

"Bu il yaradacağımız Fondun kapital tutumunun minimum 20 milyon dollar olacağı planlaşdırılır. Fonda investisiya yatırmaq istəyənlər Agentliyə müraciət edə bilərlər. Biz Agentlik olaraq minimum 5 milyon dollar investisiya yatırmağa hazırıq",- deyə İnarə Vəliyeva qeyd edib.