“KOB İnvestisiya Fondu”nun yaradılması işləri tamamlanmaq üzrədir

2023.03.02 10:49 (UTC+04:00)

KOB subyektlərinin tələblərinə cavab verən alternativ maliyyə alətləri təklif edəcək “KOB İnvestisiya Fondu”nun yaradılması istiqamətində işlər tamamlanmaq üzrədir.

"vergiler.az" xəbər verir ki, bunu “Alternativ maliyyə bazarlarının Azərbaycanda inkişaf perspektivləri” mövzusunda keçirilən konfransda çıxış edərkən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə söykənən “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın reallaşması istiqamətində Agentliyin qarşısında qoyulan vəzifələr sırasında KOB subyektlərinin maliyyə əlçatanlığının artırılması da yer alıb.