Son bir ayda ölkədə pul bazası 2 faizdən çox artıb

2023.03.01 18:05 (UTC+04:00)

Bu ilin fevral ayının sonuna Azərbaycanda pul bazası 2022-ci ilin eyni göstəricisi ilə müqayisədə 3,303.1 milyon manat və ya 23,7 faiz artaraq 17 248,7 milyon manat təşkil edib.

vergiler.az”ın Azərbaycan Mərkəzi Bankının hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin yanvar ayına nisbətdə isə fevralda pul bazasında 2,1 faiz və ya 363,8 milyon manat artım qeydə alınıb.

Qeyd edək ki, 2023-ci ilin yanvar ayının sonuna ölkədə pul bazası 16 884,9 milyon manat olub.