Yanvarda kredit qoyuluşlarının həcmi artıb

2023.03.01 17:12 (UTC+04:00)

Bu ilin fevral ayının 1-nə kredit qoyuluşları 19 669,6 milyon manat təşkil edib ki, bu da 2022-ci ilin eyni göstəricisi ilə müqayisədə 2 888,2 milyon manat və ya 17,2 faiz çoxdur.

vergiler.az”ın Azərbaycan Mərkəzi Bankının hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin dekabr ayı ilə müqayisədə cari ilin yanvar ayında kredit qoyuluşlarının həcmində 75,2 milyon manat və ya 0,4 faiz artım qeydə alınıb.

Qeyd edək ki, 2023-ci ilin yanvar ayının 1-nə Azərbaycanda kredit qoyuluşlarının həcmi 19 594,4 milyon manat təşkil edib.