Bosniya və Herseqovina ilə ticarət dövriyyəsi 17 dəfəyədək artıb

2023.03.01 15:37 (UTC+04:00)

Bu ilin yanvar ayında Azərbaycan Bosniya və Herseqovinadan 289,7 min ABŞ dolları dəyərində məhsul idxal edib.

"vergiler.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin eyni ayı ilə müqayisədə idxalın dəyəri 272,6 min dollar və ya 17 dəfəyədək artıb.

Bu ölkə ilə ticarət dövriyyəsi məhz idxal əməliyyatları üzrə formalaşıb. Hesabat ayında (2022-ci ilin yanvar ayında olduğu kimi) Azərbaycandan Bosniya və Herseqovinaya məhsul ixrac edilməyib.

Cari ilin ilk ayında ölkənin ümumi ticarət dövriyyəsində Bosniya və Herseqovina ilə ticarətin payı 0,02 faiz təşkil edib.