Bakıda yeni formatda “Made in Russia” biznes missiyası başlayıb

2023.03.01 13:10 (UTC+04:00)

Rusiyanın qida məhsulları istehsalçılarından ibarət nümayəndə heyətinin Azərbaycana işgüzar səfəri başlayıb.

vergiler.az” Rusiya ticarət nümayəndəliyinin məlumatına istinadən xəbər verir ki, biznes missiya yeni, “Made in Russia” formatında təşkil olub.

Ənənəvi işgüzar missiyalarda baş tutan görüşlər və ofisdənkənar tədbirlərlə yanaşı, bu dəfə açıq mətbəxdə missiya iştirakçılarının məhsullarından ibarət setlərin dequstasiyası planlaşdırılır.

Tərəfdaşlar Rusiya şirkətlərinin nümayəndələri ilə tanış olacaq, onların məhsullarının dadını və keyfiyyətini yerindəcə qiymətləndirəcək, həmçinin çatdırılma şərtlərini öyrənəcəklər.

İşgüzar səfərin əsas məqsədi ixrac müqavilələrinin bağlanmasıdır.