Rəqəmsal valyutanın yaradılması müzakirə edilib

2023.03.01 12:59 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Qazaxıstana işgüzar səfəri çərçivəsində Qazaxıstan Milli Bankının sədri Qalimjan Pirmatov ilə görüşüb. “vergiler.az” xəbər verir ki, bu barədə Taleh Kazımov özünün "Twitter" səhifəsində məlumat verib. Görüş zamanı Azərbaycan və Qazaxıstan mərkəzi bankları arasında əməkdaşlığın gələcək inkişaf istiqamətləri müzakirə edilib.

“Görüşdə həmçinin mövcud makroiqtisadi vəziyyət, qlobal iqtisadi proseslərin ölkə iqtisadiyyatına təsirləri, pul siyasəti alətlərinin təkmilləşdirilməsi, ödəniş sistemlərinin inkişafı, rəqəmsal valyutanın yaradılması və digər mövzularda müzakirələr apardıq”, – deyə T.Kazımov bildirib.