Azərbaycan məhsulları Özbəkistanda nümayiş etdirilir

2023.03.01 12:02 (UTC+04:00)

Azərbaycanın istehsal etdiyi dam, divar sendviç panellər və s. məhsullar “Made İn Azerbaijan” brendi ilə Özbəkistanda nümayiş etdirilir.

İqtisadi Zonaların İnkişafı Agentliyindən (İZİA) “vergiler.az”a verilən məlumata görə, nümayiş etdirilən məhsullar Sumqayıt Kimya Sənaye Parkının rezidenti “STP” MMC-nin “Assan STP Panel” zavodunun istehsalıdır.

Zavod “24-cü Özbəkistan UzBuild 2023” Beynəlxalq Tikinti Sərgisində öz stendi ilə təmsil olunur. Sərgiyə martın 3-də yekun vurulacaq.

Qeyd edək ki, 2022-ci ildə keçirilmiş “23-cü Özbəkistan UzBuild 2023” Beynəlxalq Tikinti Sərgisində 19 ölkədən 190-dan çox şirkət iştirak edib.