Həştərxan istehsalçılarının məhsulları Bakıda təqdim olunacaq

2023.03.01 10:30 (UTC+04:00)

Həştərxan istehsalçıları Bakıda qida sənayesi müəssisələrinin potensialını təqdim edəcəklər.

vergiler.az” Rusiya Federasiyası Həştərxan vilayətinin İxraca Dəstək Mərkəzinə istinadən xəbər verir ki, bölgənin ixracatçı və ixracyönümlü şirkətlərinin məhsulları mayın 17-19-da Bakıda keçiriləcək “InterFood Azerbaijan-2023” Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgisində təqdim olunacaq.

Həştərxan şirkətlərinin sərgidə iştirakı Həştərxan vilayətinin İxraca Dəstək Mərkəzinin dəstəyi ilə təşkil olunacaq.