Qarğıdalı idxalı artıb

2023.02.28 17:20 (UTC+04:00)

Bu ilin yanvar ayında Azərbaycana 2 737,35 min ABŞ dolları dəyərində 10 309,85 ton qarğıdalı idxal olunub.

"vergiler.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, ötən ilin eyni ayının göstəricisi ilə müqayisədə dəyər ifadəsində 605,67 min dollar və ya 28,4 faiz, həcm ifadəsində isə 3 742,31 min dollar və ya 57 faiz çoxdur.

Ötən ilin dekabr ayı ilə müqayisədə isə cari ilin ilk ayında sözügedən məhsulun ölkəyə idxal dəyəri 643,2 min dollar (19 faiz), həcmi isə 4 163,12 ton (28,8 faiz) azalıb.

Cari ilin yanvarında qarğıdalı idxalının ölkənin ümumi idxalında payı 0,19 faiz təşkil edib ki, bu da ötən ilin eyni göstəricisindən 0,03 faiz bəndi azdır.