"Made in Azerbaijan" brendinin yeni təşviqi mexanizminin tətbiqi zamanı məhsul üzrə çeşidlənmə nəzərdə tutulub. Ən önəmli çeşidlənmə isə ölkələr üzrə olacaq".
“vergiler.az” xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev 2022-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, logistika subsidiyası ilə bağlı əsas hədəfimiz bazarları şaxələndirməkdir: "Məhsullarımızın rəqabət qabiliyyəti aşağı olan bazarlarda subsidiyalaşdırılmanı planlaşdırırıq. Bizim ilk hədəf bölgəmiz Körfəz ölkələridir. Birləşmiş Ərəb Əmirliyi, Səudiyyə Ərəbistanı, Qətər bizim üçün önəmlidir. Bu baxımdan hansı bazarda məhsullarımızı artırmaq istəyiriksə, həmin istiqamətə logistika subsidiyasının verilməsini düzgün sayırıq".