Azərbaycan məhsulları daha çox 9 ölkə olmaqla 107 ölkəyə ixrac edilir.
“vergiler.az” xəbər verir ki, bunu Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev 2022-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, həmin ölkələr Rusiya, Türkiyə, İsveçrə, ABŞ, Qazaxıstan, Gürcüstan, Niderland, İtaliya, Rumıniyadır: “Bu ölkələrə ümumi ixracın 79-80 faizi həyata keçirilir”.
Y.Abdullayev əlavə edib ki, 2022-ci ildə qeyri-neft məhsullarının ixracı 12,3 faiz artaraq 3 milyard 48 milyon ABŞ dollarını keçib. Cari ildə bu sahədə artım 22,6 faiz təşkil edib.