Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Tacikistan və Qazaxıstana səfər edib. “vergiler.az” xəbər verir ki, bu barədə sədr Taleh Kazımov özünün "Twitter" hesabında məlumat verib:
“Tacikistan Milli Bankının sədri Xoliqzoda Hokim Hikmatullo ilə görüşdük. Görüş zamanı Azərbaycan və Tacikistan mərkəzi bankları arasında əməkdaşlığın genişləndirilməsi və gələcək istiqamətlərini müzakirə etdik. Görüşdə həmçinin makroiqtisadi vəziyyət, maliyyə-bank sektorunun inkişaf məsələləri, sığorta sistemindəki islahatlar və digər mövzularda fikir mübadiləsi apardıq” – deyə T.Kazımov bildirib.
AMB sədri həmçinin, Qazaxıstan Maliyyə Bazarlarının Tənzimlənməsi və İnkişafı Agentliyi, həmçinin Astana Beynəlxalq Maliyyə Mərkəzinin rəhbərliyi ilə görüşüb.