2022-ci ildə Qazaxıstandan Azərbaycana pul köçürmələrinin həcmi 15,8 milyard təngə (təxminən 59,92 milyon manat) təşkil edib ki, bu da bir il əvvəlki göstəricini 1,3 faiz üstələyir.
“vergiler.az” Qazaxıstan Milli Bankının məlumatına istinadən xəbər verir ki, Qazaxıstandan köçürmələrin yarıdan çoxu Özbəkistan və Türkiyəyə göndərilib - müvafiq olaraq 289,8 milyard (1,09 milyard manat, illik ifadədə 2,9 faiz az) və 271,9 milyard təngə (1,027 milyard manat, artım 28,9 faiz).
Üçüncü yerdə olan Rusiyaya isə ötən il ərzində 196 milyard təngə (740,56 milyon manat) pul köçürülüb ki, bu, 2021-ci illə müqayisədə 10,6 faiz çoxdur. Azərbaycan bu göstəricidə 8-ci yerdə qərarlaşıb.
Ümumilikdə, 2022-ci ildə Qazaxıstandan 2021-ci ildəki 1,009,7 milyard təngəyə (3,8 milyard manat) qarşı 1,037,3 milyard təngə (3,9 milyard) transfert edilib.