Bu ilin yanvar ayında sığorta bazarı üzrə 133 948,0 min manat sığorta haqları yığılıb ki, bu da 2022-ci ilin eyni ayının göstəricisini 16 128,0 min manat və ya 13,7 faiz üstələyir.
“vergiler.az”ın Azərbaycan Mərkəzi Bankının hesabatı əsasında apardığı hesablamalara görə, ötən ay ərzində sığorta şirkətləri tərəfindən həyata keçirilən ödənişlərin məbləği bir il öncəki yanvar ayına nisbətdə 18 519,0 min manat və ya 2,1 dəfə artaraq 35 168,0 min manat təşkil edib.