Pensiya sahəsində əməkdaşlıq sazişi Rusiya Dövlət Dumasına təqdim edilib

2023.02.23 15:45 (UTC+04:00)

Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin Rusiya ilə Azərbaycan arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında sazişin ratifikasiya üçün Dövlət Dumasına təqdim edilməsi haqqında qərar imzalayıb.

vergiler.az” Rusiya mətbuatına istinadən xəbər verir ki, sənəd hüquqi informasiya rəsmi portalında dərc olunub.

Qərarda qeyd edilir ki, saziş 2022-ci il aprelin 26-da Bakı şəhərində imzalanıb.

Müqavilənin müddəalarına əsasən, pensiya hesablanarkən Azərbaycan vətəndaşlarının Rusiya Federasiyasındakı əmək stajı, rusiyalıların isə Azərbaycan ərazisindəki əmək stajı nəzərə alınacaq.