Bankların əmanət və kredit portfeli böyüyüb

2023.02.23 11:06 (UTC+04:00)

2022-ci ildə Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının əmanət portfeli 27,1% böyüyərək 11,5 milyard manata çatıb. “vergiler.az” xəbər verir ki, bunu "Twitter" hesabında Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov açıqlayıb. Məlumata görə, bankların kredit portfeli də genişlənərək 19,6 milyard manata çatıb. Bu, 2021-ci illə müqayisədə 17,6% çoxdur.

2022-ci ildə bankların ümumi aktivlərinin həcmi də 22,3% artıb. Ötən ilin sonuna bu göstərici 47,1 milyard manat təşkil edib.