Qlobal iqtisadi meyillərin maliyyə-bank sektoruna təsirləri müzakirə edilib

2023.02.23 10:41 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankında qlobal iqtisadi meyillərin maliyyə-bank sektoruna təsirləri müzakirə edilib. “vergiler.az” xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov "Twitter" hesabında məlumat verib. Onun sözlərinə görə, Mərkəzi Bankda ölkədə fəaliyyət göstərən banklarının rəhbərləri ilə növbəti görüş baş tutub:
“Təqdimatlar zamanı qlobal makroiqtisadi proseslər, inflyasiya, faiz dəhlizinin parametrlərinin pul bazarına təsiri, eyni zamanda bank sektoru üzrə 2022-ci ilin nəticələri, son qlobal iqtisadi meyillərin maliyyə-bank sektoruna təsirləri və digər aktual məsələlər müzakirə edildi".