Əmək qanunvericiliyinin izahına dair yeni toplu nəşr olunub

2023.02.23 10:19 (UTC+04:00)

Mühasibatlıq və insan resursları sahəsində çalışan şəxslərin işini asanlaşdıracaq növbəti praktik vəsait nəşr olunub. “vergiler.az” xəbər verir ki, əmək qanunvericliyi üzrə ekspert Nüsrət Xəlilov “Əmək qanunverciliyi – testlər və praktik məsələlər toplusu” adlı toplu hazırlayıb.

Topluda mühasibatlıq və insan resursları sahəsində çalışan ixtisaslı kadrların iş prosesində qarşılaşdıqları qeyri-standart halların qanunvericiliyə əsaslanan izahı verilib. Eyni zamanda kitab bu sahədə karyera qurmağı hədəfləyən şəxslər üçün də faydalı ola bilər. Həmçinin peşəkar mühasib sertifikatı imtahanına hazırlaşan mühasiblərin də əmək qanunverciliyi üzrə hazırlaşmasına kömək edəcək praktik vəsaitdir.

Kitabda əmək qanunverciliyinə dair testlərlə yanaşı, təcrübədə qarşılaşılan qeyri-standart situasiyalar Əmək Məcəlləsi, beynəlxalq konvensiyalar və digər qanunvericilik aktlarına istinad edilməklə izah edilib. Əmək və digər qanunvercilik aktlarına yeni əlavə edilmiş işğaldan azad edilmiş ərazilərdə çalışan şəxslərlə əmək münasibətlərinin xüsusiyyətləri və onlara edilən güzəştlər də kitabda yer alıb.

Kitab əmək qanunverciliyinə dair 600 test tapşırığı, 200 qeyri-standart sual, məsələ və onların qanunvercilik əsaslı praktik cavablarından,100 praktik məsələ, 100 nümunə və işğaldan azad edilmiş ərazilərdə çalışanlarla əmək münasibətləri və imtiyazlardan ibarət olmaqla 4 əsas moduldan ibarətdir.

Kitabı əldə etmək üçün +994 55 466 65 50 nömrəsinə whatsappdan yaza və ya zəng edə bilərsiniz.