Mərkəzi Bank Rəqəmsal Valyuta ilə bağlı təhlillərini davam etdirir

2023.02.22 16:50 (UTC+04:00)

Mərkəzi Bank tərəfindən CBDC-nin (Mərkəzi Bank Rəqəmsal Valyutası) ölkə iqtisadiyyatına və pul siyasətinə təsiri aspektləri təhlil olunur.

Bu barədə “vergiler.az”ın sorğusuna cavab olaraq Mərkəzi Bankdan məlumat verilib. Bildirilib ki, CBDC üzrə konseptual yanaşmanın formalaşdırılması və bu istiqamətdə beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə bir sıra mərkəzi banklar, həmçinin beynəlxalq maliyyə institutları ilə sıx əməkdaşlıq edilir:

“CBDC üzrə konseptual yanaşmanın müəyyən edilməsi məqsədilə Azərbaycan Mərkəzi Bankı Beynəlxalq Valyuta Fondundan (BVF) texniki yardım əldə edib. Texniki yardım çərçivəsində CBDC-nin yaradılmasını şərtləndirən amillər, CBDC-nin dizayn xüsusiyyətləri, hüquqi və requlyativ əsaslar, siyasət təsirləri (pul siyasəti, maliyyə sabitliyi, maliyyə inklüzivliyi), rəqəmsal ödəniş sistemləri infrastrukturu üzrə məsələlər təhlil edilməkdədir” – deyə Mərkəzi Bankdan əlavə olunub.

Məlumata əsasən, Mərkəzi Bank bu istiqamətdə davamlı olaraq beynəlxalq təcrübələri öyrənir, habelə CBDC-nin ölkə iqtisadiyyatına və pul siyasətinə təsiretmə elementlərini təhlil edir.