Həştərxan və Azərbaycan limanları arasında yük dövriyyəsi 42 faiz artıb

2023.02.22 16:06 (UTC+04:00)

Ötən il Həştərxan və Azərbaycan limanları arasında yük dövriyyəsi 27 min tonu ötüb ki, bu da 2021-ci illə müqayisədə 42% çoxdur.

vergiler.az” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Həştərxan vilayətinin xarici əlaqələr naziri Vladimir Qolovkov məlumat verib.

Onun sözlərinə görə, ikitərəfli münasibətlərin inkişafına Bakıda Həştərxan biznes mərkəzi də qoşulub.

“Gözlənildiyi kimi, bura iki ölkənin rəsmiləri və biznes nümayəndələrinin iştirak etdiyi tədbirlər üçün əlverişli məkana çevrilib. İl ərzində Azərbaycan tərəfi ilə gəmiqayırma mövzusunda bir sıra danışıqlar aparılıb. Sənaye əməkdaşlığı müzakirə olunub”, - deyə V.Qolovkov bildirib.

Qeyd edilir ki, Həştərxan şirkətləri Rusiyanın metal, avadanlıq və digər mallarının ixracını artırmağa nail olublar. Azərbaycana bir sıra yüklər dəniz yolu, kənd təsərrüfatı məhsulları isə dəmir yolu ilə göndərilib.