BƏƏ ilə ticarət dövriyyəsi 2,3 dəfədən çox artıb

2023.02.22 15:24 (UTC+04:00)

Bu ilin yanvar ayında Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri ilə (BƏƏ) ticarət dövriyyəsi 1 902,25 min ABŞ dollar həcmində və ya 2,3 dəfədən çox artaraq 3 332,25 min dollar təşkil edib.

"vergiler.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk ayında Azərbaycandan BƏƏ-yə 1 286,63 min dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin eyni göstəricisini 850,54 min dollar və ya 2,9 dəfə üstələyir.

BƏƏ-dən Azərbaycana idxal edilən məhsulların dəyəri isə 2 dəfə və ya 1 051,71 min dollar artaraq 2 045,62 min dollara çatıb.

Son bir ayda ölkənin ümumi ticarət dövriyyəsində BƏƏ ilə ticarətin payı 0,1 faiz təşkil edib ki, bu da bir il əvvəlki göstəricidən 0,07 faiz bəndi çoxdur.