İşçinin bir neçə güzəşt hüququ olduqda hesablamalar necə aparılır?

2023.02.22 15:00 (UTC+04:00)

vergiler.az”ın sualına əmək qanunvericiliyi eksperti Nüsrət Xəlilov aydınlıq gətirir.

Ver­gi Mə­cəl­lə­si­nin 102.1.6-cı maddəsinə gö­rə, fi­zi­ki şəx­sin əsas iş ye­rin­də (əmək ki­tab­ça­sı­nın ol­du­ğu yer­də) hər han­sı muzd­lu iş­lə əla­qə­dar əl­də edi­lən ay­lıq gə­li­ri 2.500 ma­na­ta­dək ol­duq­da 200 ma­nat, il­lik gə­li­ri 30.000 ma­na­ta­dək ol­duq­da 2400 ma­nat məb­lə­ğin­də olan his­sə­si gəlir ver­gi­sin­dən azad­dır.

Ver­gi Mə­cəl­lə­si­nin 102.7-ci maddəsində göstərilir ki, fi­zi­ki şəx­sin bu Məcəl­lə­nin 102.2-ci (400 ma­nat), 102.3-cü (200 ma­nat) və 102.4-cü (100 ma­nat) mad­də­lə­ri üzrə gü­zəşt hü­qu­qu ol­duq­da ona bu gü­zəşt­lər­dən bi­ri, məb­ləğ­cə ən böyük ola­nı veri­lir.

Yal­nız hi­ma­yə­də olan şəxs­lər­lə bağ­lı 50 ma­nat­lıq gü­zəşt hü­qu­qu di­gər gü­zəşt hü­qu­qu ilə bir­lik­də tət­biq edi­lə bi­lər.

Misal. Döv­lət mü­əs­si­sə­sin­də ça­lı­şan mü­ha­ri­bə ve­te­ra­nının ay­lıq əməkhaq­qı 1.400 ma­nat­dır. O, həm də II də­rə­cə əlil­li­yi olan şəx­sdir və hi­ma­yəsin­də 18 ya­şa­dək üç uşaq vardır. Onun əməkhaq­qın­dan ver­gi he­sab­la­nar­kən nə qə­dər gü­zəşt edilməlidir?

Aylıq 1.400 ma­nat əməkhaq­qı al­an işçinin ver­gi­yə cəlb edi­lən gə­li­ri­n­dən aşa­ğı­da­kı məb­ləğ­lər çı­xı­la­caq­:

200 ma­nat – Ver­gi Mə­cəl­lə­si­nin 102.1.6-cı mad­də­si­nə əsa­sən tət­biq edi­lən aza­dol­ma

400 ma­nat – qa­nun­ve­ri­ci­lik­lə mü­əy­yən edil­miş qay­da­da mü­ha­ri­bə ve­te­ra­nı adı al­mış şəxs ol­du­ğu üçün Ver­gi Mə­cəl­lə­si­nin 102.2.7-ci mad­də­si­nə əsa­sən ve­ril­miş gü­zəşt

Burada nəzərə almaq lazımdır ki, işçiyə müharibə veteranı və II qrup əllilliyə görə güzəştlərdən yalnız biri – məbləği daha böyük olanı verilir.

50 ma­nat – Hi­ma­yə­sin­də olan uşaq­la­rın sa­yı­na gö­rə Ver­gi Mə­cəl­lə­si­nin 102.5 ci mad­də­si­nə əsa­sən ve­ril­miş gü­zəşt

De­mə­li, işçinin ver­gi tu­tu­lan gə­li­ri 750 manat olacaq:

1.400-200-400-50 = 750 ma­nat.

Əməkhaq­qın­dan tu­tu­lan ver­gi he­sab­la­nar­kən fi­zi­ki şəxs­lə­rin bu mad­də­də sa­da­la­nan ver­gi gü­zəşt­lə­ri hü­qu­qu mü­va­fiq ic­ra ha­ki­miy­yə­ti or­qa­nı tə­rə­fin­dən müəyyənləşdiril­miş sə­nəd­lə­rin təq­dim edil­di­yi an­dan tət­biq edi­lir və yal­nız fi­zi­ki şəx­sin əsas iş ye­rin­də (əmək ki­tab­ça­sı­nın ol­du­ğu yer­də) hə­ya­ta ke­çi­ri­lir. Fi­zi­ki şəxsin bu mad­də­də sa­da­la­nan ver­gi gü­zə­ştlə­ri­ni əl­də et­mə­yə əsas ve­rən sta­tu­su oldu­ğ­u, la­kin gü­zə­şt hü­qu­qu­nu təs­diq edən mü­va­fiq sə­nəd­lə­ri əmək mü­qa­vi­lə­si (kont­rak­tı) hü­qu­qi qüv­və­yə min­dik­dən son­ra təq­dim et­di­yi hal­da ver­gi gü­zə­şti həmin fi­zi­ki şəx­sin əmək mü­qa­vi­lə­si hü­qu­qi qüv­və­yə min­di­yi ta­rix­dən he­sab­la­nır.

İndi isə əməkhaqqından tutulmalara nəzər salaq:

Vergiyə cəlb olunan məbləğ:

1.400-200-400-50 = 750 ma­nat.

Gəlir vergisi: 750x14% = 105 manat;

DSMF ayırmaları: 1.400 x 3% = 42 manat;

İşsizlikdən sığorta haqqı: 1.400 x 0,5% = 7 manat;

İcbari tibbi sığorta haqqı: 1.400 x 2% = 28 manat;

Net əməkhaqqı: 1.400-105-42-7-28 = 1.218 manat.