Bu ilin yanvar ayında dəniz nəqliyyatı ilə daşınan yüklərin həcmi 564,7 min ton təşkil edib ki, bu da əvvəlki ilin yanvar ayına nisbətən 26,7 faiz çoxdur.
“vergiler.az” Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, yüklərin 57,1 faizini neft yükləri təşkil edib.
Dəniz limanları tərəfindən 894,2 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 727,5 min tonu və ya 81,4 faizi tranzit yüklər olub.
2023-cü il fevral ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 30,6 min ton təşkil edib.
Dövr ərzində bu nəqliyyat növü ilə daşınan sərnişinlərin sayı 2022-ci ilin yanvar ayına nisbətən 88,9 faiz artaraq 1,7 min nəfər olub.