Özbəkistanla ticarət dövriyyəsi 40 faizədək artıb

2023.02.21 16:32 (UTC+04:00)

Bu ilin yanvar ayında Azərbaycanın Özbəkistanla ticarət dövriyyəsinin ümumi həcmi 3 202,39 min ABŞ dolları və ya 39,5 faiz artaraq 11 308,52 min dollar təşkil edib.

"vergiler.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk ayında Özbəkistandan Azərbaycana 7 994,09 min dollar dəyərində məhsul idxal edilib ki, bu da 2022-ci ilin eyni göstəricisini 3 842,67 min dollar və ya 92,5 faiz üstələyir.

Azərbaycandan Özbəkistana ixrac edilən məhsulların dəyəri isə 16,2 faiz və ya 640,28 min dollar azalaraq 3 314,43 min dollar təşkil edib.