Əmək qanunvericiliyinə dair təlim keçiriləcək

2023.02.21 16:20 (UTC+04:00)

Fevralın 25-də Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən “Əmək qanunvericiliyi - işdən çıxma, işə qəbul, məzuniyyət” mövzusunda maarifləndirici təlim keçiriləcək.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) “vergiler.az”a verilən məlumata əsasən, Bakı KOBİM-in təlimçi-eksperti Sevinc Qarakişiyeva aşağıdakı mövzulardan danışacaq:

- İşçilərin işə qəbulunun səmərəli üsul və metodikası;

- Müsahibələrin həyata keçirilməsi və namizədlərin seçilməsi;

- Əmək müqaviləsinin bağlanmasının əsasları və qaydaları;

- Əmək müqaviləsi ilə sınaq müddəti.

Saat 10:00-da “Bakı KOB evi”ndə keçiriləcək təlimdə iştirak etmək istəyənlər (+994 70) 300 80 02 nömrəsi ilə əlaqə saxlaya və ya [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər.

Təlim ödənişsizdir.