Zəngəzur dəhlizi Xəzəryanı ölkələrlə Avropa arasında ticarətin artırılmasına kömək edəcək

2023.02.21 11:49 (UTC+04:00)

Zəngəzur dəhlizi Xəzər regionu ölkələrini Avropa, Yaxın Şərq və Mərkəzi Asiya ilə birləşdirən strateji kommunikasiya marşrutudur. Bu dəhlizin açılması Xəzəryanı ölkələr üçün regiondan keçən marşrutların cəlbediciliyini artırmaq üçün çoxsaylı imkanlar yarada bilər.

Bunu “vergiler.az”a açıqlamasında pakistanlı iqtisadçı, “Bir kəmər, bir yol” təşəbbüsü üzrə beynəlxalq ekspert Kaiser Navab deyib.

Onun sözlərinə görə, əsas hədəflərdən biri region ölkələri arasında ticarət-iqtisadi əlaqələrin artırılmasıdır.

“Zəngəzur dəhlizi rabitəni yaxşılaşdırmaq və nəqliyyat xərclərini azaltmaqla Xəzəryanı ölkələrlə Avropa, eləcə də Xəzəryanı ölkələrin özləri arasında ticarət və investisiyaların həcmini artıracaq.

Zəngəzur dəhlizi yüklərin daşınması üçün daha qısa və səmərəli marşrut təmin etməklə yanaşı, ərazidə məşğulluq imkanlarının genişlənməsinə və iqtisadi artıma səbəb ola bilər”, - ekspert deyir.

Tamilla MƏMMƏDOVA