Ötən ay 101 ədəd traktor istehsal olunub

2023.02.21 11:40 (UTC+04:00)

Bu ilin yanvar ayında Azərbaycanda 101 ədəd traktor istehsal olunub. "vergiler.az"ın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin eyni ayı ilə müqayisədə traktor istehsalı 3,3 dəfə artıb və ya 71 ədəd artıb.

Ötən ilin dekabr ayı ilə müqayisədə isə artım 3,1 dəfə və ya 69 ədəd təşkil edib.

Cari ilin fevralın 1-nə hazır məhsul ehtiyatı isə 17 traktor təşkil edib.

Qeyd edək ki, 2022-ci ildə ölkədə 588 traktor istehsal olunub.