Azərbaycanla Dağıstan arasında dəmir yolu və avtomobil nəqliyyatı ilə yük daşımaların həyata keçirilməsi müzakirə olunub.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən “vergiler.az”a verilən məlumata görə, bu məsələyə nazir Rəşad Nəbiyevlə Dağıstan Hökumətinin sədri Abdulmuslim Abdulmuslimov arasında keçirilən görüşdə toxunulub.
Tərəflər nəqliyyat infrastrukturunun və sərhəd-keçid məntəqələrinin təkmilləşdirilməsi, hava nəqliyyatı sahəsində əməkdaşlıq məsələlərini də müzakirə ediblər.
Bununla yanaşı, sərhəd-keçid məntəqələrində yük nəqliyyat vasitələri səbəbindən yaranan növbələrin vaxtında və operativ aradan qaldırılması üzrə birgə addımların atılmasının vacibliyi vurğulanıb.