Yeni qeydiyyat üsulu ilə 150 yerli investisiyalı MMC qeydiyyata alınıb

2023.02.20 17:44 (UTC+04:00)

Bu ilin fevral ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 14,5 faiz artıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən “vergiler.az”a verilən məlumata görə, yanvar ayında qeydiyyatdan keçən kommersiya qurumlarının 86,7 faizi yerli investisiyalı, 13,3 faizi xarici investisiyalıdır.

Yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 150 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət (MMC) qeydiyyata alınıb. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi 12,1 faiz, yerli investisiyalı MMC-lərin qeydiyyatında isə 14,2 faiz təşkil edib.