Qeydiyyatdan keçən kommersiya qurumlarının sayı 19 faizədək artıb

2023.02.20 17:38 (UTC+04:00)

Bu ilin fevral ayının 1-nə ölkə üzrə uçotda olan 1 409 597 vergi ödəyicisinin 87,3 faizi fiziki şəxslər, 12,7 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən “vergiler.az”a verilən məlumata görə, ötən ilin yanvar ayı ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 5 faiz, o cümlədən kommersiya qurumlarının sayı 10,5 faiz artıb.

Cari ilin ilk ayında 1237 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,9 faiz çoxdur. Yanvarda qeydiyyatdan keçən kommersiya qurumlarının 78,7 faizi elektron qaydada, 21,3 faizi kağız daşıyıcılarda edilən müraciətlər əsasında qeydə alınıb.