Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Birləşmiş Ərəb Əmirlikləri Banklar Federasiyası arasında əməkdaşlığa dair Memorandum imzalanıb.
“vergiler.az” ABA-nın yaydığı məlumata istinadən xəbər verir ki, Memorandum çərçivəsində tərəflər arasında əməkdaşlığın təşviqi, ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, ümumilikdə bank sektorları arasında daha sıx işgüzar əlaqələrin qurulması nəzərdə tutulub.
Tərəflər həmçinin birgə təhsil və təlim proqramları daxil olmaqla tədbirlərin keçirilməsi, hər iki təşkilatın üzvü olan banklar arasında məlumat mübadiləsi, müxbir münasibətlərin inkişafı və s. sahədə əməkdaşlıq edəcəklər.