Katarina Byorlin Hansen: “AYİB Azərbaycan Mərkəzi Bankı ilə davamlı dialoq aparır”

2023.02.20 15:01 (UTC+04:00)

"Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda bank sektorunun sabitliyini daha da gücləndirmək üçün Mərkəzi Bank ilə səmərəli və məhsuldar davamlı dialoq aparır". Bu barədə "vergiler.az"a AYİB-in Qafqaz üzrə regional direktoru Katarina Byorlin Hansen məlumat verib.

Onun sözlərinə görə, bank gələcəkdə də bu istiqamətdə əməkdaşlığı davam etdirməyə ümid edir. “AYİB qiymətli kağızlar və törəmə alətlər haqqında qanunlara edilən dəyişiklikləri nəzərdən keçirir və qiymətləndirir. Bu dəyişikliklərin yerli istiqrazların və “yaşıl” istiqrazların emissiyasını asanlaşdıracağı, həmçinin törəmələrin istifadəsini artıracağı gözlənilir”, - o bildirib.

“Biz ekoloji, sosial və idarəetmə (ESG) məsələlərində də əməkdaşlıq edirik və lazım gələrsə, digər sahələrdə təcrübəmiz, tövsiyələrimiz və təlimlərimizlə Mərkəzi Bankı dəstəkləməyə hazırıq”, - K.B.Hansen əlavə edib.

Tamilla MƏMMƏDOVA