Cari ilin yanvar ayında magistral neft kəmərləri ilə 3255,1 min ton neft nəql edilib ki, bu da bir il öncəki eyni göstəricini 274,4 min ton və ya 9,2 faiz üstələyir.
“vergiler.az”ın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara əsasən, nəqletmənin 77,8 faizi Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və cari ilin yanvar ayı ərzində bu kəmər vasitəsilə 2533,5 min ton neft ötürülüb. 2022-ci ilin yanvar ayı ilə müqayisədə cari ilin ilk ayında BTC kəməri ilə neft nəqli 10,1 faiz və ya 233,6 min ton artıb.
Dövr ərzində BTC kəməri ilə 370,6 min ton (azalma 13,8 faiz) tranzit nefti də nəql edilib.